დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Ölkə pasportları sərhəddə holoqramlarla deyil, çiplə yoxlanacaqdır
Ədliyyə Naziri Rati Breqadzenin bəyənatı ilə, bu il Dövlət Xidmətləri İnkişaf Agentliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ilk dəfə səyahət sənədinin həqiqiliyini təsdiq edən sertifikatları təqdim etdi, bu Gürcüstan vətəndaşlarına səyahəti daha da asandlaşdıracaqdır.
“Bu il Dövlət Xidmətləri İnkişaf Agentliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ilk dəfə səyahət sənədinin həqiqiliyini təsdiq edən sertifikatları təqdim etdi, bu Gürcüstan vətəndaşlarına səyahəti daha da asandlaşdıracaqdır və ölkə pasportları sərhəddə holoqramlarla deyil, çiplərlə yoxlanacaqdır. Bu Gürcüstanın sənəd təhlükəsizliyi hissəsindəki növbəti uğurudur və vizaliberallaşmasının vacib şərtidir”,- Nazir bildirmişdir.
Kaxetidə, kommersial rüşvət faktı haqqında tibbi müəssisənin iki əməkdaşını ifşa etdilər
Gürcüstan Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən, Kaxeti Qəza Prokurorluğu ilə koordinasiya nəticəsində, qrup şəklində kommersial rüşvətalma faktı barədə iki nəfərə qarşı cinayət işi açıldı. Maliyyə Nazirliyinin İstintaq xidmətinin bildirdiyi kimi, təqsirli hesab edilənlər şəxsi varlanmaq üçün maraqlı şəxslərə pul qarşılığında tibbi müayinə və laboratoriya təhlili olmadan psixotropik dərmanlar reseptini verirdilər.
Laqodexidə, kişi üzərinə ağacın aşması nəticəsində həlak olmuşdur
Kişi meşədə ağac doğrayırdı. Yelilərin məlumatı ilə odun gətirmək istəyirdi. Mərhum artıq evinə aparılıb. Kaxetidə, odun doğramaq fəslində, bir neçə nəfər həlak olmuşdur.
Qum-çınqıl hasil etmək üçün vergilər artırılır
Qum-çınqıl hasil etmək üçün vergilər üç dəfə artırılaraq 0.2 lari əvəzinə 0.6 lari ilə müəyənləşdirildi. “Təbii qaynaqlar haqqında vergilər haqqında“ qanundakı dəyişiklikləri “Gürcü arzusu“ deputatları hazırladılar. Onların izahı ilə, Gürcüstanda qum-çınqıl sektoru get-gedə artmaqda olan təmayüllə səciyyələnir.
“Vergilərin artırılma nəticəsində bələdiyyələr tərəfindən qeyd edilən vergilərdən alınan gəlirlər 2022-ci ildə alınan gəlirlərə nisbətən təxminən 3-dəfə artacaqdır. Nəticədə, 2022-ci ildə bələdiyyələr tərəfindən ümdə alınan 4 196 640 lari əvəzinə, bələdiyyələr ümdə təxminən 12 500 000 lari almağa nail olacaqlar. Qeyd olunan fiskal effektli daha böyük ola bilər. Tikinti və infrastruktur sektorların artmaqda olan təmayulları bu gözləntiləri daha da möhkəmlədir“, – Qanun layihəsində qeyd edilmişdir.
„Green Waves“ şirkəti Saqarecoda, 210 hektar üzərində, badam bağlarını saldılar
Sakartvelos bankı ilə tərəfdaşlıqla „Green Waves“ Saqarecoda, 210 hektar üzərində, badan başları salacaqdır. Layihənin ümdəki investisiyası 17 milyon laridir. Sakartvelos bankın investisiyası 11 milyon lari təşil edir və o irriqasiya sistemlərinin quraşdırılmasına, torpaqların hazırlanma işlərinə, kənd-təsərrüfatı texnikası və tinglərin alınmasını nəzərdə tutur.
Cari layihə çərçivəsində „Green Waves“ qrupu hər il 500 tonadək həcmdə badam məhsulu gözləyir və beunəlxalq bazarda satacaqdır. Qrupun geniş planları var və gələcəkdə badam qıran, sortlaşdıran və qablaşdıran müəssisə tikməyi də planlaşdırır.
Qiymətləndirmə sinif, ev, yekun komponentləri və modelləri ləğv edildi – Nazirlik
Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə Milli Tədris Planının dəyişiklikləri üzərində işlərin birinci mərhələsi başa çatdı. Yenilənmiş sənəd ictimai və özəl məktəblər üçün daha çox muxtariyyət verməyi nəzərdə tutur. Bu haqda məlumatı Təhsil naziri yayır.
İdarənin verdiyi məlumata əsasən, dəyişikliklər təhsil-tədrisin planlaşdırılması və idarəsi ilə bağlı bütün komponentlərə toxundu, o cümlədən, qiymətləndirmə və tədris prosesinin təşkilinə də. Nəticədə, təhsil-tədrisin hər bir komponenti ümumtəhsil müəssisələrinin dəstəyinə yönəlmişdir ki, bu məktəblərə tədris prosesini daha yaradıcı və şagirdlərin maraqlarını nəzərə alaraq planlaşdırmaq imkanı verir.
Məktəbin qida obyektlərinə çipslər, şirin qazlı, saqqız, konfet və bir sıra məhsullardan istifadə edilməsi qadağan edildi
Gürcüstan Təhsil və Elm Nazirliyi təşəbbüsü, sahə üzrə nazirlilərinin, maraqlı təşkilatları və validynlərinin iştirakı ilə, „Ümumtəhsil müəssisəsində qida obyektlərinin fəaliyyəti üçün təyin edilmiş minimum tələbləri“ təsdiq edildi. Bunun haqqında məlumatı Təhsil və Elm Nazirliyi yayır. Veb-səhifələrində yayılan məlumatda deyildiyi kimi sənəddə məktəbin qida obyektinin fəaliyyəti üçün sağlam qida bacarıqları – qadağan edilmiş hazır məhsullar və iqredientlərə, məktəb qidası obyektinin əməkdaşlarının şəxsi gigiyena tələblərinə və sairə işlərə məktəb monitorinqi baxacaqdır. Monitorinq qrupu bazis və ya orta təhsil pilləsi şagirdlərindən, məktəb şagirdləri valideynlərindən, müəllimlərindən (biologiya müəllimləri arzu edilir), məktəbin həkimində və məktəb administrasiyası nümayəndələrindən təşkil edilməlidir. Məktəb monitorinq qrupuna bələdiyyədə mövcud olan səhiyyənin rayon mərkəzi və bələdiyyə merinin Səhiyyə və Sosial Xidməti nümayəndələrini cəlb etməkdə səlahiyyətlidir.