ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Xaricdə işlə təmin yalnız sertifikatlaşmış vasitəçi şirkət tərəfindən mümkün olacaqdır

Hökumət Gürcüstandan kənar işə düzəlməklə bağlı  fəaliyyət sertifikatı qaydasını təsdiq etdi. Qərarda qeyd olduğu kimi, Gürcüstandan kənarda işə düzəlməklə bağlı yalnız sertifikatı olan şirkət vasitəçilik edə biləcəkdir. Eyni qaydaya əsasən,  Səhiyyə Nazirliyinə, 2023-cü ilin  1 sentyabrınadək Gürcüstandan kənarda işə düzəltməklə bağlı fəaliyyətin standart formasını təsdiqləməsi tapşırıldı. Hökumət tərəfindən hazırlanmış qaydaya əsasən,  sertifikat konkret vasitəçi şirkətə veriləcək və onu başqa hüquqi və/ya fiziki şəxsə etibar etmək  yolverilməzdir. Bununla birlikdə şirkətin İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçməsi vacib şərtdir.

Kaxetidə üzüm toplamaq üzrə Koordinasiya qərargahı avqustun sonunda açılacaqdır

Bu haqda Ətraf mühit və Kənd təsərrüfatı Naziri Otar Şamuqia bildirmişdir.  Nazirə əsasən, məhsul az olduğu üçün  büdcə üzümün subsidiyalaşdırılması üçün nəzərdə tutulmuş məbləği azaldaraq 50 milyon lari ayıracaqdır. Məlum olduğu kimi,  2022 -ci ildə Gürcüstanda 200 min ton üzümün emalı baş tutdu. Burdan 114 min tonu Rkatsiteli, 75 min ton saperavi, 5 min tona qədər Kaxeti mavisi idi. Bu ilki məhsulun neçə min tonla az olacağı hələlik məlum deyildir.

Geo nuşi” – Saqarecoda yetişdirilən bio badamı gürcü bazarında satacaqdır

“Geo Nuşi” bu il ilk dəfə 3000 tona qədər bio badam məhsulu alacaq və yerli bazarı təmin edəcəkdir.  Bağ Saqarecoda 50 hektar üzərində salınıb. Burda ispan sortları – “Avixor” və “Penta” yetişdirilir.  Məhsulu sentyabrın ikinci yarısında gözləyir.

 “Məhsulun miqdarı böyük olmadığı üçün ixracatla bir kimi maraqlandıra bilməyəcəyəm. Onun üçün də,  məhsulu yerli bazara təklif etməyi düşünürəm. Gələn ildən isə Almaniyaya, İsveçrəyə ixracata çıxarmağı düşünürəm. İki distributorla artıq əməkdaşlıq edirəm. O ki qaldı, yerli bazara bio mağaza var və məni onunla “Qafqazset” əlaqələndirmişdir. Hələki yalnız bu mağaza ilə əlaqəm var, sonra baxaq. Məhsul çox olsa başqa mağazalara təklif edəcəyəm”, – Şirkətin təsisçisi Tornike Mçedlişvili qeyd etmişdir.

Xaşlama ən əla qoyun yeməkləri arasında dünya reytinqində 4-cü yerdədir

Reytinqi tasteatlas.com dərc edir. Reytinqin başında və sonrakı  5 yeri türk yeməkləri tutur. Reytinqdə ümdə  10 türk yeməyinin adı göstərilir. 50- yeməkli reytinqə həmçinin 5 yunan və 1 italiya yeməyi də daxil edilib.

 

Nino Çxobadze- Meriyaları müxtəlif istiqamətlərdə ətraf mühiti mühafizə edən xidmətlər yaratmağa çağırıram

Ətraf  mühitin mühafizə məsələlərində ekspert,  “Gürcüstan yaşıllar hərəkatı yer kürəsi dostlar – Gürcüstanın” sədri Nino Çxobadze bildirir ki,  2023-cü il qlobal dəyişikliklərlə bağlı problemli idi, 2024-cü il də problemli olacaqdır. Daha çox torpaq sürüşmələri, daha çox su daşqınlarını gözləməliyik Nino Çxobadze izah edir ki, bələdiyyələrdə xüsusi xidmətlər və ya komissiyalar yaradılmalı. Orda geoloqlar və başqa mütəxəssislər işləməlidirlər.

Kaxetidə seylablı çaylar və dərələr

Təbii fəlakət Kaxetiyə hər il hücum edir.  Ötən illərdə bölgədə bu cür fəlakətlər böyük dağıntılara səbəb oldu. Ekspertlərə əsasən, Kaxetinin demək olar ki, bütün bələdiyyələrində seylablı dərələr var və onlar daima müşahidə altında saxlanılmalıdırlar. Ətraf mühitin mühafizə eksperti Kaxa Suxitaşvili bildirir ki, Qombori dağında yüzlərlə yavaş hərəkət edən bomb yatır. Onun sözlərinə görə, yalnız Zemo xodaşeni dərəsində 20-dən çox torpaq sürüşmə ocağı var.

Hökumətin qərarı ilə,  bütün onkologiya xəstələrinin şüa terapiyası və dərmanları maliyyələşdiriləcəkdir

Səhiyyə Nazirliyinin qərarı ilə, hormonoterapiya, kimya terapiyası, şüa terapiyası və dərmanlar, ölkə miqyası ilə,  bütün onkologiya pasientlər üçün maliyyəlşdiriləcəkdir. İdarənin yaydığı məlumatda qeyd edildiyi kimi, illik gəlirləri 40 000 laridən çox olan pasientlər də bura daxil ediləcəklər.

„Onkologiya xəstələri üçün yaxşı müalicəyə əlçatımlılığı artımaq məqsədilə, ümumi səhiyyə Dövlət proqramında əhəmiyyətli dəyişikliklər aparıldı. Səhiyyə Nazirliyinin qərarı ilə, hormonoterapiya, kimio terapiya və dərmanlar, ölkə miqyasında maliyyələşdiriləcəkdir.  Onların arasında illik gəlirləri 40 000 laridən çox olan pasientlər də olacaqdır. Dəyişikliyi Gürcüstan Hökuməti təsdiq etmişdir“,- Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd edilir.

Xəstəliklərə nəzarət mərkəzi isti yay günləri ilə bağlı tövsiyyələr verir

Onlar tərəfindən dərc edilən məlumatda qeyd olunduğu kimi, yüksək temperaturdan irəli gələn əsas risklər bunlardır: dehidratasiya (orqanizmdə su qıtlığı);  həddindən artıq istilənmə ürək xəstəlikləri və  tənəffüslə bağlı problemləri olan insanların vəziyyətlərini ağırlaşdıra bilər; habelə günəşin vurması və s.  Ən həssas olan qrupa bunlar daxildirlər: 75 və  daha yaşlı insanlar; uşaqlar, xüsusilə də yeni doğulmuş körpələr; xroniki xəstəlikləri, xüsusilə də  ürək-damar və  tənəffüs sistemi xəstəlikləri olan şəxslər; hərəkət problemi (məs., parkinson xəstəliyi, insultu) onal şəxslər; ciddi psixi problemləri olan şəxslər;  müəyyən preparatlardan asılı olan şəxslər; alkoqollu içkililəri çox içənlər və narkotik maddələrindən istifadə edən şəxslər, fiziki cəhətdən aktiv olan şəxslər (məs. ağır fiziki işdə işləyənlər və idmançılar).

Saqarecoda, İori çayında yeniyetmə boğuldu

Fövqəladə situasiyaları idarə edən xidmətin məlumatı ilə xəbər aldıqdan sonra hadisə yerinə qrup göndərildi, lakin, yeniyetmə vətəndaşlar tərəfindən artıq sahilə çıxarılmışdı. Xilasedicilər yeniyetməni dərhal tibb müəssisəsinə aparsalar da, onu xilas setmək mümkün olmadı.

Otar Şamuqia- Erkən xəbərdarlıq sistemləri tezliklə tətbiq ediləcəkdir

Ətraf mühit və Kənd təsərrüfatı Naziri Otar Şamuqiaya əsasən,  ilin sonuna kimi təhlükəli əraziləri ehtiva edən xəritələr hazırlanacaqdır. Bunun əsasında isə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması mümkün olacaqdır. Hökumət iclasında Şamuqia monitorinq şəbəkəsinin 2014-cü ildən inkişaf etdirildiyini vurğuladı.

„Xəritələr hazırlanır və bu il başa çatacaqdır. Xəritələr təhlükəli ərazilər haqqında daha çox və detallı məlumat verəcəkdir.  Bu  ardıcıl prosesdir –  monitorinq və müşahidələr mütəxəssislərə xəbərdarlıq sistemlərinin harda quraşdırılmasının əlverişli olduğunu göstərəcəkdir”  Otar Şamuqia bildirmişdir.

Çumlaği kəndində ,,Ketili və patiosani” şirkəti bu il  500 tonadək meyvəni emal edəcəkdir

Şirkətin direktoru Qiorqi Axaladzenin bildirdiyi kimi, pastalar istiqaməti əhəmiyyətli dərəcədə inkişaf ediriləcəkdir. Məhsul supermarketlər şəbəkəsində gələn həftədən etibarən satılacaqdır.

,,Olduqca aktiv sezondayıq. Bu vaxta qədər 120 ton şaftalını emal etmişik, bir bu qədəri yenə əlavə ediləcəkdir. Məhsula yüksək tələb var həm ölkə xaricində, həm də daxili bazarda.  Beləliklə, istehsalat miqyasını artırırıq. Ümdə bu il 500 tonadək meyvəni emal etməyi düşünürük. Ötən il 300 ton emal etdik və onun əsas hissəsi ixracata göndərildi. Paralel olaraq tomatlar xəttini də inkişaf etdiririk“, –   Qiorqi Xeladze bildirir.

 

Səudiyyə ərəbistanı Gürcüstan üçün viza verməyi asandlaşdırdı

Səudiyyə ərəbistanı elektron vizaları (e-visa) əlavə olaraq 8 ölkədə verməyə başladı. Həmin ölkələr arasında Gürcüstan da var.  Ərəb mediasında yayılan məlumata görə, sadələşdirilmiş prosedurlar turizm, biznes səfəri, ailə üzvləri və dostları ziyarət etmək, Ümrə kimi səhayətlərə şamil edilir. Elektron 90 günlük viza il ərzində qüvvədə olacaq və ölkəyə bir neçə dəfə daxil olmaq imkanı verəcəkdir.