ახალი ამბებიპოდკასტები

დაიჯესტი აზერბაიჯანულ ენაზე

Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.

Kardenaxi kəndində Kote Abxazinin evi baxımsızlıqdan məhv olur

Qurcaani bələdiyyəsində yerləşən bina demək olar ki, tamamilə uçub. Yerlilər binanın bu günə kimi reabilitasiya edilmədiyini deyirlər.  Qeyd etmək lazımdır ki, Mədəniyyət İrsi Mühafizəsi Agentliyi ona abidə statusunu 2014-cü ildə vermiş idi.

Kardenaxi kənd sakini,  Suxumi Dövlət Universitetinin Gürcüstan Tarixi Doktorluq Proqramının doktorantı Dato Tabaxmelaşvilinin bildirdiyi kimi,  Abxazlar feodal soyadına məxsus olan bu saray günbəgün məhv olur. Buna kiminsə saraydan qalan tikinti materyalları toplayıb daşıması da əlavə olunur.

Telavidə, karton və kağızı ayrı-ayrı toplanması üzrə pilot layihəsinə start verildi

Layihənin məqsədi tullantıların ayrıca toplanması praktikasını tətbiq etməkdir. O, həm tullantıların ayrılaraq toplanmasını, həm də sonrakı istifadələri üçün emalını və satışa hazırlanmasını nəzərdə tutur. Layihə “II əl Bərk tullantıların inteqrəli idarə proqramı” adı altından Gürcüstan və Almaniyanın əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramı Almaniya Rekosntruksiya Kredit  Bankı (KFW) maliyyələşdirir.

Rus alkoqol idxalçıları idxalat vergisinin yalnız gürcü çaxırları üzərinə təyin olunmasını tələb edirlər

İri rus alkoqol idxalçıları hökumətdən idxalat vergisinin yalnız gürcü çaxırlarının üzərinə şamil edilməsini istəyərək, avropa çaxırlarına tətbiq edilən vergilərin artırılmasına qarşı çıxırlar.  Müvafiq məktubla onlar Federasiya hökumətinə müraciət etdilər.

Hazırda Rusiyanın daxili bazarına idxal edilən çaxır üzrə vergi 12,5%-i təşkil edir.  Lakin hakimiyyət vergini artırmağı düşünür. Buna səbəb olaraq isə yerli istehsalçıları təşviq etməyi göstərir. Maliyyə Naziri müavini Aleksey Sazanovun məlumatına əsasən,  qərar iki ay ərzində qəbul edilə bilər.  Müraciətin müəllifləri vergilərin artırılmasının rus çaxırlarının artmasına gətirməyəcəyini vurğulayırlar. Bunun səbəbi isə Rusiyada üzüm bağları sahələrinin məhdud olmasıdır, belə ki bu addım istehlsaçıları qiymətləri artırmağa həvəsləndirəcəkdir. İdxalçıların qiymətləndirməsilə yaxşı olar ki, vergilər yalnız gürcü çaxırı üzərində artsın, çünki gürcü çaxırları sıfır idxalat rüsumundan faydalanırlar.

„Rus çaxırının baş rəqibi gürcü çaxırlarıdır. Onların sıfır vergilərini12,5%-ə qədər artırmaq ədalətli bazar şəraiti yaratmış olar və büdcəyə əlavə gəlirlər gətirərdi,” –  müraciətin müəllifləri yazırlar.

 Kaçretidə,   beynəlxalq qum voleybolunun  çempionatı keçiriləcəkdir

3-6  avqust hesaba alınmaqla, Kaçretidə,  beynəlxalq voldeybol  çempionluğu keçirilir. Gürcüstan Milli Voleybol Federasiyası tərəfindən yayılmış məlumatda deyildiyi kimi çempionat pandemiyadan irəli gələn bir neçə illik pauzadan sonra ilk dəfə keçiriləcəkdir.

„Kartvela kubokuna“  dünyanın müxtəlif yerlərindən idmançıları gözləyirik. İştirak edən komandaların sayı isə məhduddur. Çempionat həm kişilər, eləcə də qadınlar arasında keçiriləcəkdir. Qeyd etmək lazımdır ki, “Kartvela kuboku” 2009-cu ildən keçirilir və onun üçün xüsusi himn də bəstələnmişdir. Çempionatda iştirak etmək istəyənlər öz məlumatlarını  info@volley.ge“  el.poçtuna göndərə bilərlər yayılan məlumatda deyilir.

Qurcaani bələdiyyəsində  leptospirozun 3 halı aşkarlanıb

KNEWS.GE-yə Qurcaani İctimai Səhiyyə Mərkəzinin epidemioloq-parazitoloqu Nana Caduqişvilinin bildirdiyi kimi,  pasientlər müvafiq müalicədən keçərək özlərini yaxşı hiss edirlər. Onun sözlərinə görə, bu xəstəlik bələdiyyədə hər il təsbit edilir və yayılması ilə bağlı heç bir təhlükə yoxdur.

,,Bu zoonoz xəstəliyidir. Onu əmələ gətirə bilən bakteriyanın adı leptospirdir.  İnsanlar heyvanın sidiyi və yaxud bioloji mayelərlə təmasdan xəstələnə bilər.  Bu xəstəlik insandan insana yoluxur. Leptospir orqanizmə, əgər insan gəmiricilərlə təmasda olubsa, əsasən selikli qişadan və yaxud korlanmış dəridən keçə bilər. Leptospir üçün isitmə, baş ağrısı, əzələlərin ağrısı, qusmaq, diareya, habelə əsəb və qandamar sisteminin patologiyası, bağır və böyrək çatışmazlığı xasdır. Ötən ildə Qurcaanidə 4 belə hadisə təsbit edildi, bu il isə 3. Pasientlər özlərini yaxşı hiss edirdilər və müalicə kursunu da artıq başa çatdırdılar. O ki qaldı Leyşmanyoza belə 1 hadisə qeydə alındı”,-  Nana Caduqulaşvili bildirmişdir.

Üzümün subsidiyası Dövlətə 60 milyon lariyə başa gələcəkdir

Bu il, Dövlət üzümü təxminən 60 milyon lari ilə maliyyələşdirəcəkdir.  Dövlət Satınalmalar Agentliyi öz veb-səhifəsində Dövlətin mülkiyyətində olan məhsulun idarəsi kampaniyasının bəyənatı ilə bağlı 60 milyon larilik satınalmalar üçün elan vermişdir. Bu məbləğlə 60-70 min ton üzümün alınması planlaşdırılır. Qeyd olunan proqramla, Dövlət bazarda mövcud olan artıq məhsulu əvvəlcədən tmüəyyənləşdirilmiş qiymətə alır. Alınan üzümlə Hökumət tərəfindən müqavilə bağlanmış şirkətlər spirt çəkir və sonra bazarda satırlar.

,,MMC “Məhsulun idarəsi şirkəti“  tərəfdən ötən illər praktikasından irəli gələrək, təxminən 60-70 min ton üzüm müxtəlif özəl şərab zavodlarında kirayəyə götürülmüş güclərlə emal ediləcəkdir, onların hazırlanması üçünsə tərəfimizdən məbləğlərin avans kimi verilməsi lazımdır,” –  bəyənatda deyilir.

Bu il,  subsidiya büdcəsi azalmışdır. Ötən il  subsidiya məbləği 124.7 milyon lari idi.

 

Gürcüstanda turizm vergisi təyin edilə bilər

Aparılmış araşdırmadan məlum olur ki, özəl sektorda sorğu keçirilən nümayəndələrin yarısından çoxu bu ideyanı müsbət qiymətləndirərək bunu turizmin dayanıqlı inkişafına müsbət təsir edəcəyini düşünür. Lakin, mehmanxanaların bir hissəsi vergiyə görə təşviş içindədir.

„Vergi təyin edildiyi təqdirdə səyahət adam başı 420 lari ilə bahalaşacaqdır. Bu isə o deməkdir ki, məbləğ o qədər də böyük deyildir və Gürcüstana səyahət etmək istəyən turist buna görə fikrindən daşınmayacaqdır. Araşdırma göstərdi ki, turist obyektlərinin 80%-nin bunun haqqında məlumatları yox idi, onlar sadəcə həmin konsepsiya ilə tanış deyildilər“, – Turizm İnstitutunun İcraçı Direktoru Mamuka Berdzenişvili bildirmişdir.