დაიჯესტი აზერბაიჯანულ ენაზე
Efirdə azərbaycan dilində həftəlik icmaldır. İcmal onlayn radio “Kaxetinin səsi” efirində verilir və bölgədə baş verən əhəmiyyətli və maraqlı məsələlərə toxunur. Verilişi azərbaycan dilində onlayn radio və Knews.ge informasiya agentliyinin səhifəsində dinləyə bilərsiniz.
Saqarecoda Levan Tediaşvilinin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirildi
Saqareco Mədəniyyət Evinin kiçik zalında Gürcüstan Milli Olimpiya Komitəsi və Saqareco Meriyasının təşkilatçılığı ilə gürcü güləşçisi, ikiqat olimpiya çempionu Levan Tediaşvilinin 75-ci yubileyinə həsr edilmiş tədbir keçirildi.
Gürcü idmanı və olimpiya hərəkatına verdiyi töhfə və anadan olmasından 75-ci yubileyi ilə bağlı Levan Tediaşvili Gürcüstan Milli Olimpiya Komitəsinin Yubiley medalı və GMOK mekafatı ilə təltif edildi. Əfsanəvi güləşçiyə mükafatı GMOK-un sədri, olimpiya çempionu Leri Xabelov verdi. Levan Tediaşvili 15 mart 1948-ci ildə, Saqarecoda dünyaya gəlmişdir.
Dedoplistsğaroda tarixi qəsr-şəhərin yenilənməsinə başlanıldı
Dedoplistsğaroda yerləşən tarixi qəsr-şəhərin, Xornabucinin infrastrukturunun abadlaşdırılma işləri aparılır. Layihə, tarixi abidəyə qədər gedən yolun və boylangahın reabilitasiyasını, habelə turistik piyada cığırlarının, parking və piknik yerlərinin səhmana salınmasını nəzərdə tutur. Xornabucinin reabilitasiya prosesi ilə, Kaxeti Qubernatoru Qiorqi Aladaşvili tanış oldu.
„Tarixi qəsr-şəhər olan Xornabucinin yenilənmiş turistik infrastrukturu Dedoplistsğaroya turistlərin sayını əhəmiyyətli artıracaqdır, bu isə yerli əhalinin iqtisadi rifahına müsbət təsir bağışlayacaqdır”– Aladaşvili bildirmişdir.
Layihə pilot bölgələrin inteqrələşdirilmiş inkişaf proqramı çərçivəsində həyata keçirilir və onun ümdə dəyəri 4,823,356 laridir.
Avtomobil sahiblərinin məsuliyyətlərinin icbari sığortası, böyük ehtimalla, 2024-cü ildən qüvvəyə minəcəkdir
Sığorta üzrə Dovlət Nəzarəti Xidmətinin məlumatına əsasən, Gürcüstanda avtomobil sahiblərinin məsluliyyətinin icbari sığortası, böyk ehtimalla, 2024-cü ildən qüvvəyə minəcəkdir. Xidmətin rəisi Davit Onoprişvilinin sözlərinə əsasən, “ Avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortasının” yenilənmiş layihəsi üzərində işlər İqtisadiyyat Nazirliyi ilə birlikdə aparılır. Layihə bir neçə həftəyə təsdiq edilməsi üçün Hökumətə təqdim ediləcəkdir. Layihənin qəbulu cari bahar sessiyasında gözlənilir. Onoprişvilinin bildirdiyi kimi, qeyd olunan sığortanın icbari qayda ilə qəbul edilməsi sığorta bazarının inkişafına dəstək verəcəkdir.
Məktəbə 1 noyabradək anadan olan uşaqlar da gedə biləcək – Hökumətin qərarı
Bu haqda Təhsil və Elm Naziri, Qiorqi Amilaxvari bildirmişdir. Onun izahına əsasən, valideyn uşağı öz qərarına əsasən məktəbə də apara bilər, uşaq bağçasında da qoya bilər.
„Məktəb infrastrukturunun yaxşılaşdırılması ilə birlikdə, biz artıq məktəbə qeydiyyatdan keçmək üzrə artmış tələblərə də cavab verə bilərik. Qərar verdik ki, bu il 6 yaşı 1 noyabra qədər tamamlanan uşaqlara məktəbə daxil olma imkanı verək. Bu indiyədək 1 oktyabra qədər mümkün idi. Bu infrastruktur xarakterli proseslərlə birlikdə davam edəcək və bu müddətin hər il artırılmasını düşünürük. Ən adil ayrıc 31 dekabr olardı. Bu məsələ valideynlər üçün könüllü olacaqdır, məktəbə aparacaq və ya uşaq bağçasında qoyacaq, özlərinin qərarıdır“, – Nazir bildirmirşdir.
Onun izahına əsasən, Ümumi Təhsil haqqında Qanuna dəyişikliklər aparılır və təsdiq edilməsi üçün Parlamentə təqdim ediləcəkdir.
İyuldan etibarən yollarda avtomobil tüstüləməsinin xüsusi aparatlarla yoxlanması planlaşdırılır
Bu haqda Ətraf mühit və Kənd təsərrüfatı Nazirliyinin hesabatında qeyd edilmişdir.
„ Nəqliyyat vasitəsi tərəfindən havanın çirklənməsini azaltmaq məqsədilə, vətəndaş cəmiyyətilə əməkdaşlıqla, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər layihəsi hazırlandı. Layihə 2023-cü ilin iyulundan nəqliyyat vasitələrinin tüstüləməsini, xüsusi aparatlarla yollarda yoxlanmasını nəzərdə tutur. Qanunlayihəsinin müzakirəsi Ətraf mühitə Nəzarət Departamentinin imkanlarının gücləndirilməsi və texniki təchizatının yaxşılaşdırılması istiqamətində işlərin görülməsini nəzərdə tutur. Ən tez müddətdə yeni avtomobillərin idxalı ilə bağlı Hökumətə yeni təşəbbüs təqdim edəcəyik. O, nəqliyyat vasitəsi sektorundan hava çirklənməsini mərhələvi şəkildə azaldılmasını hədəfləyir. Xüsusilə də köhnəlmiş avtomobillərin idxalı məhdudlaşdırılacaqdır,“- Hesabatda oxuyuruq.
Gürcüstanda itləri çipləmək icbari olacaq
„ Qanunvericilik qüvvəyə mindikdən sonra, bütün itlər çiplənməli, eyniləşdirilməlidir. Beləki, heç bir veterinar
klinika, zoomağaza, bazar çipsiz iti sata və artıra bilməz“,- bu haqda Ətraf mühitin mühafizəsi və Təbii resurslar
Komitəsi Sədri Maya Butadze bildirmişdir.
Onun sözlərinə görə, dəyişikliklər nəticəsində küçəyə atılan it eyniləşdiriləcək və onu küçəyə atan sahibinə qarşı
sanksiyalar tətbiq ediləcəkdir. Bundan əlavə, Maya Bitadzeyə əsasən, iti gəzdirmə qaydalarını pozanlar üçün də pul cərimələri artacaqdır.
2023-cü ildə südçülükdə, əlavədən 500-dək benefisiyarın maliyyələşdirilməsi nəzərdə tutulmuşdur
Kənd təsərrüfatı Nazirliyinin məlumatına əsasən, südçülük istiqamətində 2023-cü ildə, əlavədən 500-dək benefisiyarın maliyyələşdirilməsi planlaşdırılmışdır. Cari ildə investisiyanın miqdarı 11 mln laridən çoxdur, şərikli maliyyə isə 8 mln larini aşmışdır. Ətraf mühit və Kənd təsərrüfatı Naziri, Otar Şamuqia, Parlmanetdə südçülük sahəsinin modernləşdirilməsi və bazara çıxarılması proqramı haqqında danışmışdır.
„Südçülüyün modernləşdirilməsi istiqamətində Nazirlik Beynəlxalq Kənd təsərrüfatı İnkişafı üzrə Fondla (IFAD) aktiv şəkildə əməkdaşlıq edir. Fondun maliyyə dəstəyilə, 2020-2022-ci illərdə, 311 benefisiyarın müxtəlif layihələri maliyyələşdirilmişdir. Ümdə investisiya 28 mln laridən çoxdur, Dövlətin şərikli maliyyələşdirilməsi isə 20 mln laridən çoxdur“, – Otar Şamuqia bildirmişdir.
Proqram çərçivəsində əsasən südün ilkin istehsalına dəstək, gənclər üçün alternativ fəaliyyət, Günəş enerjisi ilə işləyən elektrik stansiyasının quraşdırılması, veterinariya və artımra fəaliyyətləri maliyyələşdirilir.
İyuldan sosial cəhətdən müdafi olmayan uşaqların aylıq müavinəti 200 lari olacaqdır
Pul əlavələrini 16 yaşınadək sosial cəhətdən müdafiə olunmayan uşaq alacaqdır. Uşağın ailəsinin reyting xalı 120 000 keçməməlidir. Artmış müavinəti təxminən 232 000-dək uşaq alacaqdır.
Gürcüstan Səhiyyə Nazirili müavini, Tamar Barkalaia bildirir ki, uşaqların rifahı Dövlətin prioritetlərindən biridir və son illərdə həyata keçirilən dəyişikliklər uşaqların rifahının artmasına, ailələrin gücləndirilməsinə və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlmişdir. Tamar Barkalaiaya əsasən, bu sahədə bir sıra problemlər yenə də var ki, hakimiyyət onların həlli üçün aktiv şəkildə işləyir.