“Ədalətli seçkilər” – hakimiyyət inzibati resurslardan istifadə edir
Gürcüstan prezidenti seçkilərinin birinci turundan sonra hakimiyyətin yüksəkvəzifəliləri məlumat səsləndirdilər ki, yaxın günlərdə Telavidə, Leqioni yaşayış məntəqəsi adlanan yerdə yaşayan şəxslər üçün evlərin sahibliyə verilməsi prosesi başlayacaq. Üçüncü sektorda hökumətin bu təşəbbüsünüinzibati resursun istifadəsi kimi dəyərləndirirlər.
Qeyri-hökumət təşkilatı “Ədalətli seçkilər”in orta hesabatında qeyd edilir ki, prezident seçkilərinin birinci turunun nəticələrinin elan edilməsindən sonra Gürcüstan höküməti və yerli hakimiyyət tərəfindən müxtəlif sosial və infrastruktur layihələrinə dair vədlər böyük miqyasda artdı.
“Hakimiyyət ikinci turdan əvvəl inzibati resursdan istifadə edir. Seçkilərin birinci turuna qədər bəlli olmayan yeni layihələrə dair vədlər var. Elə bir hiss yaranır ki, hakimiyyətdə olan, əli hər bir inzibati resursa çatan “Gürcü arzusu” partiyası çalışır ki, onun tərəfindən dəstəklənən namizədin qələbə şansını maliyyə və inzibatı resursu istifadə etməklə daha da artırsın. 3 noyabr tarixində bəlli oldu ki, Telavidə İqtisadiyyat Nazirliyinin balansında olan “Leqioni” adlanan ərazidəki binalarda mənzillər yaxın gələcəkdə burada yaşayan insanların sahibliyinə veriləcək. Məsələnin hökumət iclasına çıxarılması da planlaşdırılıb. İclasdan sonra mənzilləri mərhələli şəkildə əhaliyə verəcəklər” – qeyd edilib hesabatda.
Telavi və Ğvareli majoritar deputatı, parlamentin təhlükəsizlik komitəsinin sədri hökumətin təşəbbüsünü inzibatı resursun istifadəsi kimi hesab etmir. İrakli Sesiaşvili Leqioni yaşayış məntəqəsində yaşayan məcburi köçkünlərlə və keşmiş hərbiçilərlə artıq görüşdü və binaların sahibkarlığa verilməsinə dair hökumətin qərarı ilə onları tanış etdi.
“Bu gözəl insanlara, Telavi Leqinunun ərazisində yaşayan insanlara bildirdim ki, yaxın gələcəkdə binaların onların sahibliyinə verilməsi başlayacaq. Kimsə düşünürsə ki, bu seçkilər üçün edilir, qoy elə düşünsün. Bu insanlar isə yaxşı bilirlər ki, mənim bir-başa səylərimlə 2016-cı ildən nail olduq ki, Müdafiə Nazirliyi bütün binaları ölçdü və qeydiyyatdan keçirdi. Həmçinin qərar verildi ki, bu tikili sonradan qanuniləşdirmək üçün İqtisadiyyat nazirliyinə verlisin. Bu gün istənilən nəticəyə qədər gəlib-çıxdıq. Ən yaxın günlərdə hökumətin qərarını gözləyirik. Daha sonra Telavi meriyası digər işlərin həll edilməsinin qeydinə qalacaq” – bildirdi İrakli Sesiaşvili.
Leqion yaşayış məntəqəsində məskunlaşan vətəndaşlar bildirirlər ki, binaların sahibkarlığa verilməsinə dair söhbətlər seçkilərin birinci turundan sonra başladı. Leila Balxamişvilinin məlumatına əsasən, yaşayış məntəqəsində artıq qeyd edilən məsələ üzərində işləyən xüsusi komissiya var.
,,2012-ci ildə yaşayış məntəqəsində yaşayanların bir hissəsinə mənzillər 1 lariyə sahibliyə verildi. Yuxarı 4 korpus qaldı və bu günədək mənzillərin qanuniləşdirilməsini gözləyirik. 2012-ci ildə hakimiyyət dəyişdi, və daha sonra bizə diqqət yetirmədilər. Seçkilərin birinci turu hakimiyyətə xoş olmayan nəticə göstərdikdən sonra məlumat yayıldı ki, binaların sahibliyə verilməsi davam edəcək. Bundan başqa iqtidar partiyası tərəfdaşları olan yerli sakinlər hökumət nümayəndələrinin yanına getdilər və mənzilləri 1 lariyə qanuniləşdirməyi xahiş etdilər. Bundan sonra xüsusi komisiya gəldi və mənzillərin siyahısının bir hissəsini gətirdi. Problemli binalara dair isə, harada ki, on illər ərzində nazirliklərə sahibliyə verilməsi üçün 2-3 ərizə daxil edilib siyahı gətirmədilər. Mənim mənzilimə dair də. Belə ki, məndən əvvəl burada başqası yaşyırdı və o da qanuniləşdirməyə dair tələb göndərib. Mən komissiya üzvlərinə məlumat verdim ki, 25 ildir burada yaşayıram və mənzilin sahibi də mənəm. Söz verdilər ki, yardım edəcəklər və cavabı da göndərəcəklər. Cavab keçən həftə gəlməli idi, lakin bu vaxta qədər heç kim əlaqə yaratmayıb. Ümid edirik ki, cavab verəcəklər’’,- bildirdiknews.ge ilə söhbətdə Leila Balxamişvili.