არჩევნები

İlk dəfə səs verirəm

Ozcan Piliyev və Aslan Musayev bu il seçkilərə ilk dəfə gedirlər. 18 yaşlı gənclər Telavi munisipalitetinin Qaracalar kəndində yaşayırlar. Onların arzusu odur ki, Gürcüstanın, gənclərin problemlərinin qeydinə qalacaq prezidenti olsun.

 

Ozcan Piliyev düşünür ki, prezident ölkənin həyatına elə təsir göstərməlidir ki, əhalinin işlə təmin edilməsinə yardımçı olsun. Bununla yanaşı düşünür ki, yeni seçilən prezident nümunə ediləcək olmalıdır.

 

“Bu il seçkilərdə ilk dəfə iştirak edirəm. Düşünürəm ki, prezident yaxşı işlər görə və problemləri həll edə bilər. İşsizlik olmamalıdır. Belə ki, gənclər ölkədən gedirlər. İşlə elə burada təmin olunmalıdırlar.  Həmçinin istəyirəm ki, gürcü dili güclləndirilmiş şəkildə tədris edilsin, məktəbdə və kənddə çoxlu layihələr olsun. Mən seçkilərdə gənclərin problemlərinin həll olunmasına dair yaxşı proqramı olan namizədi dəstəkləyəcəm. Seçki maratonuna da qoşulmuşam və siyasətcilər kəndə əhali ilə görüşməyə gələndə iştirak edirəm və onları dinləyirəm. Mən düşünürəm ki, seçkilərdə bir səs belə vacibdir. Buna görə də hamımız getməliyik” – bildirir knews.ge-yə Piliyev.

 

Aslan Musayev 18 yaşındadır. knews.ge-lə söhbətində bildirir ki, prezident məsələlərin həllinin qeydinə qalmalıdır.

 

“Sevinirəm ki, həddi-buluğa çatmış yaşdayam və seçkilərdə iştirak etmək hüququm var. Mən və bir çox gənc düşünürük ki, gələcək prezident xalqın fikrini eşitməlidir və nəzərə almalıdır. Gənclər hər şeyin ədalətli olduğu Gürcüstanı seçirlər. Prezident əhali ilə birlikdə Gürcüstanın qayğısına qalmalıdır.

 

İlk növbədə məktəblərə, idman zallarına diqqət yetirilməlidir. Prezident gənclərin fikrini nəzərə almalıdır. Bir çoxu tədris almaq, idmanla məşğul olmaq istəyir və onlara dəstək olmaq lazımdır. Gənclər üçün layihələr edilməlidir, gürcü və ya digər etnik gənc bir-birindən seçilməməlidir. Hamımız bir yerdə çalışmalıyıq. Məktəblərdə və kəndlərdə layihələr etmək lazımdır” – bildirir knews.ge-yə Musayev.

 

Üçüncü sektorda bildirirlər ki, milli azlıqların nümayəndələri olan gənclərin məlumatlandırılması məqsədi ilə, vətəndaş cəmiyyəti təşkilatları, onların inteqrasiyasına yardımçı olmalıdırlar.

 

“Vacibdir ki, gənclər vətəndaş anlamının seçki vacibliyini və həmçinin öz rollarını və iştiraklarının mühümlüyünü anlasınlar. Onların layihələrə fəal qoşulmaları və ictimayyətə inteqrasiyası vacibdir” – bildirir knews.ge-yə “Vejini” sədri Laura Xaritonaşvili.