არჩევნებისტატიები

Dövlət məmurlarına və seçicilərə güman edilən təzyiq

“Ədalətli seçkilər” Kaxeti regionu munisipalitetində seçkiöncəsi seçicilərə təsir və siyasi nişanla qarşıdurma faktlarına dair hesabat dərc etdi.

Üçüncü sektor yerli hakimiyyət nümayəndələri tərəfindən dövlət məmurlarına uşaq bağçaları və məktəblərin əməkdaşlarına, eləcə də digər seçicilərə, güman edilən təsir və təzyiq etmə faktlarını qeyd edir. Orta hesabata Qurcaani, Siğnaği və Saqareco munisipalitetlərində qeydə alınan təzyiq və pozuntular düşüb.

“6 noyabr tarixində “Milli Hərəkat”ın üzvü Qarsaven Buxnikaşvili “Ədalətli seçkilər”in müşahidəçisinə bildirdi ki, Saqareco meriyasının nümayəndələrinə və meriya xidmətləri rəhbərləri artıq, konkret tarixi göstərmədən işdən getməyə dair ərizələr yazıblar. Buxnikaşvilinin məlumatına əsasən, əgər Salome Zurabişvili məğlub olsa, yuxarıda qeyd olunan şəxslər tutduğu vəzifələrdən gedəcəklər. Həmçinin Siğnaği kəndlərinin ərazi orqanlarında “Gürcü Arzusu” partiyasının nümayəndələrinin məktəb direktorları, uşaq bağçaları və kənd kitabxanalarının nümayəndələri ilə görüşləri keçirilir. Kənd kitabxanalarının birinin kitabxanaçısı “Ədalətli seçkilər” təşkilatının müşahidəçisinə məlumat verdi ki, ona rəhbəri zəng etdi və bildirdi ki, meriya nümayəndəsinin yanına getməlidir və o, ona seçkilərdən əvvəl nəyi necə edəcəyinə dair dəqiq tapşırıqlar verəcək.Qurcaani meriyasının dövlət məmurlarına təzyiq edilir. Məhz, munisipalitetin rəhbəri onlara xəbərdarlıq etdi ki, əgər onların seçki dairələrində Salome Zurabişvili qalib gəlməsə işlərini itirəcəklər. “Ədalətli seçkilər” təşkilatının müşahidəçisinə qeyd edilən məlumatı dövlət məmurları verib. Onlar kimliklərinin gizli qalmasını istəyiblər. Bundan başqa Qurcaani meriyası əməkdaşları seçicilərin telefon monitorinqini keçirirlər. Onlar seçicilərdən kimə səs verəcəklərini soruşurlar” – qeyd edilir “Ədalətli seçkilər”in hesabatında.

Təşkilatın hesabatına həmçinin Vejini uşaq bağçasının direktoru, Tamar Sibaşvilinin güman edilən siyasi nişana əsasən işdən azad edilməsi fakti da qeyd edilib. Bu məsələyə dair “Kaxetinin səsi” geniş məqalə hazırlamışdı.

Seçicilərin istəyinə belə kütləvi təsir haqqında müxalifət də danışır. “Milli hərəkat” üzvü Temur Bucashvili bildirir ki, Qurcaanidə “Gürcü Arzusu” nümayəndələri müəllimlərə, onların ailə üzvləri ilə birgə Salome Zurabişviliyə səs verməyi tapşırırlar.

“İkinci tur üçün müəllimlərə görülməyən təzyiq edilir. Məktəb və uşaq bağçasının müəllimlərini çağırırlar və açıq şəkildə xahiş edirlər ki, Salome Zurabişviliyə səs versinlər. Onların ailələrinə də təzyiq göstərilir. Müəllimlərə deyirlər ki, ailə üzvlərini seçkilərə gətirsinlər və onların namizədinə səs versinlər” – bildirir knews.ge- ilə söhbətdə Temur Bucaşvili.

Seçkiöncəsi müddətdə təzyiq faktları haqqında seçicilər də danışırlar. Onlar bildirirlər ki, “Gürcü Arzusu” aqitasiyaçıları onların evlərinə gəlirlər və Salome Zurabişviliyə dəstək olmağa məcbur edirlər.

“Seçkilərin birinci turuna qədər də iqtidar partiyasının aqitasiyaçıları gəlirdilər və Salome Zurabişviliyə səs verməmizi istəyirdilər. Yoxsa başqa namizədin qalib gəldiyi təqdirdə pis gundə olacaqdıq. İkinci tura qədər olan müdətdə də oxşar faktlar olur. Gəlirlər soruşurlar kimə səs veririk. Deyirlər ki, Salome Zurabişviliyə səs verək” – deyir knews.ge-yə adını demək istəməyən Siğnağisakini.

Yerli özünüidarə etmə tərəfindən dövlət məmurlarına, müəllimlərə, uşaq bağçası əməkdaşlarına və vətəndaşlara təzyiq faktlarını Siğnaği munisipalitetinin vitse-meri istisna edir. Madonna Batiaşvili yayılan məlumatı yalan adlandırır və meriyanın diskreditasiyası cəhdi kimi qiymətləndirir.

“Dövlət məmurları tərəfindən seçki kampaniyasına hər hansı bir qoşulma, xüsusi ilə də qorxutma absurddur. Əgər kimsə Salome Zurabişvilini dəstəkləyirsə və ona səs verirsə ona kimsə, nəyisə qadağan edə bilməs. Özünüidarənin dövlət məmurlarına, dövlət işində işləyənlərə, müəllimlərə təzyiq göstərməsi məsələsi həqiqət deyil. Biz bu proseslərə qarışmırıq və buna hüququmuz da yoxdur ” – bildirdi  knews.ge-yə Madonna Batiaşvili