არჩევნებისტატიები

İkinci turdan əvvəl qeyri-bərabər seçki mühiti

Qeyri-hökumət təşkilatlarının nümayəndələri prezident seçkilərinin ikinci turundan əvvəl yaranan qeyri-bərabər seçki mühiti haqqında danışırlar. Üçüncü sektorda bildirirlər ki, iqtidar tərəfindən dəstəklənən namizədin qalib gəlməsi üçün hər yerdə resursdan istifadə edirlər və bu faktor müxalifət partiyasının prezidentliyə namizədini qeyri-bərabər şəraitə salır.

“Ədalətli seçkilər” dərc olunan hesabatda hakimiyyət tərəfindən inzibati resursların istifadə olunmasına dair məlumat verir. Təşkilat iqtidar partiyasını seçki müddətində oxşar təşəbbüsləri anons etməkdən çəkinməyə çağırır.

“Seçkilərin birinci turuna qədər bilinməyən  yeni layihələrə dair vədlər var. Elə bir hiss yaranır ki, hakimiyyətdə olan, əli hər bir inzibati resursa çatan  “Gürcü arzusu” partiyası onun tərəfindən dəstəklənən namizədin qalib gəlməsi şansını maliyyə və icra inzibati resursları istifadə etməklə artırmaq istəyir. Bu halda Salome Zurabişvilinin azad namizəd statusu ilə qeydiyyatdan keçməsi sadəcə formal xasiyyət daşıyır. İqtidar partiyası və Zurabişvilinin seçki kampaniyası arasında sərhət faktiki olaraq mövcud deyil. İqtidar partiyasının seçki müddətində yeni böyük miqyaslı təşəbbüsləri, sosial və infrastruktur layihələrinin anonslaşdırılmasından boyun qaçırmağa çağırırıq. ATƏT-in Kophenhagen sənədinə riayyət etsinlər eləcə də, dövlət və iqtidar partiyasının seçki aktivlərini bir-birindən kəskin şəkildə ayırsınlar”

Yaranan qeyri-bərabər seçki mühiti məsələsinə politoloqlar da diqqət yerirlər.Mütəxəssislər izah edirlər ki, böyük miqdarda maliyyənin xərclənməsi və namizədlərin imicini zədələyən seçki öncəsi kampaniya seçicini çaşdırır və onlar seçkilərdə iştirak etmək istəyini itirirlər.

“Seçkilərin birinci turundan əvvəl də və ikinci tura qədər də böyük maliyyə resursu xərclənir. O qədər aqitasiya tərkibli material yapışdırılır ki, artıq bir-birinin üzərinə yapışdırılıb. İqtidar partiyasının dəstəklədiyi, namizədin daha çox imkanları var və daha çox resurslardan istifadə edə bilər. Ümumiyyətlə isə “kirli” seçkiöncəsi kampaniya gedir. Bir-biriləri haqqında şayələrin yayılması, və rişxənd seçiciləri qorxudur və onlar seçkilərdə iştirak istəyini itirirlər” – bildirirlər politoloqlar.

Analitik Qia Xuxaşvili düşünür ki, 600 min vətəndaşın  kredit borclarının ödənməsi haqqında seçkiöncəsi səslənən vədin məqsədi iqtidar partiyası tərəfindən dəstəklənən namizədin qələbə çalmasıdır. Xuxaşvili hökumətin təşəbbüsünün təhlükələri haqqında danışır. O, hesab edir ki, qeyd edilən vəd cəmiyyətdə düzgün olmayan gözləmlər yaradacaq, cavabdehsizlik hissini həvəsləndirəcək və əks reaksiyaya səbəb olacaq. Bu isə qara siyahı adlandırılan siyahını daha da böyüdəcək.

Xeyriyyə işi siyasətin hissəsi olduğu zaman bu cəmiyyətdə sağlam hiss yaratmır və cavabdehsizlik hissi oyadır” – bildirir Xuxaşvili.

İqtidar partiyasında isə bildirirlər ki, borcların ödənilməsi təşəbbüsü seckiöncəsi tədbir deyilvə Mamuka Baxtadze kredit borclarının ödənilməsini cari ilin avqust ayında maliyyə naziri olduğu zaman anons etmişdi. Ölkənin birinci maliyyəçisi İvane Macavariani isə izah edir ki, borcların ödənilməsi təşəbbüsü birdəfəlik tədbirdir. Gələcəkdə “oyun qaydaları” isə belə kreditləşməni və “bu miqdarda borclanmanı” istisna edir.

Hakimiyyət tərəfindən inzibati resursun istifadəsinə dair seçicilərin bir hissəsi də söz edir. Qurcaanidə yaşayan Lili Qelaşvili bildirir ki, iqtidar partiyası tərəfindən son dövrlərdə səsləndirilən təşəbbüslər vətəndaşların dəstəyini qazanmaq məqsədini güdür.

“Bizə, dəqiq şəkildə qalib gəldikdən sonra  nəyi planlaşdırdıqlarını, hansı təşəbbüslər irəli sürəcəklərini, problemlərin həllinə dair hansı baxışları olduğunu demək əvəzinə, bir-biri ilə mübarizə aparırlar, bir-birini söyürlər, bəhsə dururlar kim daha çox pul xərcləyəcək, kim daha çox plakat yapışdıracaq” – deyir Lili Qelaşvili”