Prezident hamının, gürcünün də, milli azlıq nümayəndəsinin dəprezidenti olmalıdır

Telavi munisipalitetinin Qaracalar kəndində yaşayan milli azlıqların nümayəndələrinin əksəriyyəti seçkilər haqqında məlumatlı deyillər. Sorğu aparılan şəxslərin əksəriyyətinin dediyinə əsasən onlara heç  kim məlumat verməyib.

“Bilmirəm hansı seçkilər gəlir. Bizim yanımıza heç kim gəlməyib və heçnə deməyib. Görüşlərə də tez-tez gəlmirlər ki, nəsə məlumat alaq. Namizədlər də bilmirik kimlərdir. Gürcü dilini də yaxşı başa düşmürük” – bildirdi knews.ge-yə Qaracalarda yaşayan, adını bildirmək istəməyən xanım.

“Prezidentliyə namizədləri – Salome Zurabişvilini, Davit Bakradzeni, Kaxa Kukavanı tanıyıram. Başqaları yadıma düşmür.  Əsasən məlumatı televizordan alıram”  – – bildirdi knews.ge-yə qaracalılı Nana Sabanadze

Qaracalalıların bir hissəsi bildirir ki, hakimiyyətin nümayəndələri də, müxalifət partiyalarının nümayəndələri kimi onlarla görüşlər keçirmirlər. Onların dediklərinə əsasən, gürcülər yaşayan yerlərə hər gün gedirlər, lakin onlarla tez-tez görüş keçirmirlər. Onların dediklərinə görə bu baxımdan mövcud olan vəziyyət və problemlərin həllinin qeydinə yeni prezident qalmalıdır.

“Bizə tatar deyirlər və başqalarından seçirlər. Siyasətçilər  bizimlə görüşmək üçün kəndə də nadir halda gəlirlər. Başqa kəndlə kiçik bir davamız oldu və günahkar onlar idi. Lakin bizə dedilər ki siz tatarlarsınız və polis bizim tərəfimizi tutmadı. Düşünürəm ki, yeni prezident xalqa diqqət yetirməlidir.  Xalqa hörmət etməlidir və onların prezidenti olmalıdır. Gürcü və milli azlıqları bir birindən seçməməlidir” – bildirdi knews.ge-yə Qaracalarda yaşayan Qoça Piriyev.

Qaracalalı Levan Əlləzov bildirir ki, yerlilərin əksəriyyəti seçkilərə getməyi və iş yerlərini yaradacağına söz verən namizədə səs verməyi planlaşdırır.

“Seçkilərə gedəcəyik və bizim xalq üçün xeyirli olan işi edəcək namizədə səs verəcəyik. O, işləməlidir ki, oğruluq və dələduzluq aradan qalxsın. İş yerləri açmalıdır. Burada iş yeri olmamalıdırmı? 30 yaşım var və Tükiyəyə gedirəm ki, iş tapım. Əvvəlki prezident problemlərin həll edilməsinə söz verdi. Səs verəndən sonra isə onu gözümüzlə belə görməmişik. Ümid edirik ki yeni prezident bizə diqqət ayıracaq.”

 

Qaracalarda yaşayan Eşən Duniyev bildirir ki, yeni prezident gənclərin problemlərinin həlli üzərində daha artıq işləməlidir.

“Prezident seçkiləri yaxınlaşır və prezident seçməliyik. O, gənclərin problemlərini həll etməlidir. İdman zallarının, ictimai, təhsil və mədəni mərkəzlərin aşılmasında yardım etməlidir” – bildirdi knews.ge-yə Eşən Duniyev

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *