Qadınlara Seçim haqqı verin

 Qeys olunan kəndlərdə seçkilərdə qadınların aktivliyi olduqca aşağıdır. Bu ələxüsus da Azərbaycanlılar icmasını təmsil edən qadınalar aiddir.

 Hökumət və qeyri-hökumət təşkilatları tərəfindən yürüdülmüş bir çox informasiya xarakterli təbliğata baxmayaraq, qadınlar öz haqlarını qoruya bilmirlər.

Müxtəlif tədqiqatlara görə qadınların əksəriyyəti ailə üzvləri tərəfindən basqıya məruz qalır, ancaq bu haqda özləri bir şey demirlər. Kənddən keçəndə küçədə qadını nadir görərsən. Kimki evdən bayıra çıxır yanında ya əri yada övladı var.  

İor-muğanlıda yaşayan Sədəf  Novizov “Kaxeti səsi” ilə müsahibəyə yalnız ərindən icazə alandan sonra izin verdi. Onun dediyinə görə qadınlar küçəyə çıxmağa vaxt belə tapmırlar, çünki işlər çoxdur. Seçkilərdə fəaldırlar ya yox və özü səs vermə haqqından istifadə etmək istəyirmi sualına cavab verir ki o seçki mənətəqəsinə heç vaxt getməyib, ancaq iştirak etməyə böyük  arzusu var.

“Mən seçkilərdə olmamışam, getmirəm. Qadınların işi-gücü var və bir çoxu ona görə gedə bilmir” – deyir Novizov.

Dediləri kimi burda yaşayan qadınların əksəriyyəti uşaqlarına baxmaqla, maldarlıqla və ev işləri ilə məşğuldurlar. Ior-muğanlı kənd sakini Eyburq Mirzayev deyir ki qadınlar bütün günü çöldə işlədiklərindən seçkilərə gedə bilmirlər.

 “Qadınlar seçkilərə getmirlər, çöldədirlər mal otarırlar və çalışırlar. Yola belə heç kim çıxmır. Əgər arvadım seçkilərə getsə kimi dairəyə alacağını mən deyirəm, o da ona səs verir” – Eyburg Mirzəyev deyir.

İor-muğanlı kəndində deyirlər ki seçki günü kənddə kişilər daha fəaldırlar nəinki qadınlar, qadınların böyük hissəsi evdə qalır. Onların dediklərinə görə əgər həyat yodaşı və ya qız övladı seçkilərə getmək istəsə kimə səs verəcəyini evdəki kişi ilə razılaşdırır.

“Qadınlar işləri olduğuna görə seçki məntəqələrinə getmirlər. Ancaq həyat yoldaşım seçkilərə getmək istəsə evdə kimə səsə verəcəyini razılaşdıracağıq” – deyir Ələsgər Mirzayev.

Arvadım seçkilərə gedir, ancaq mən dediyim adama səs verir” – ior-muğanlı sakini Suleyman Omexman deyir.

Ləmbəli kənd sakinləri isə deyir ki seçkilərdə qadınların fəal olmamaları gürcü dilini bilməmələrindədndir. Ləmbəlili Əlxan Quliyev deyir ki arvadı gürcücə yazıb-oxumaq və damışmaq bilmir., buna görə də seçkilərə getmir. Onun dediyinə görə kənd qadınlarının əksəriyyəti eyni vəziyyətdədir.

“Qadınlarımız seçkilərə gedə bilmirlər, çünki onlar  zülm altındadırlar. Bir çoxu gürcücə yazıb-oxumaq bilmir və kimi dairəyə almaq lazımdır biz başa salırıq”.

Qadınların aşağı ativliyini Ləmbəli kənd sakini Elşən Abbasov ənənələrə bağlayır – Kişilər qadınlarını seçkilərə yox, heç küçəyə də buraxmırlar.

 “Seçkilərdə az sayda qadın iştirak edir. Onları bayıra buraxmırlar, adətimiz belədir. Evdar xanımlardır və bayıra çıxmırlar. Kimin bir az təhsili varsa onlar çıxır və seçkilərdə onlar iştirak edirlər.” – deyir elşən Abbasov.

 Ləmbəli kənd sakini 25 yaşlı gənc kişi şəxsi söhbətdə deyir ki evli qadın küçəyə ərsiz çıxa bilməz.

“arvad bayıra niyə çıxmalı? əgər bir yerə gedəsidirsə maşınla aparıram. Evdən tək eşiyə niyə çıxmalıdır ki? əgər mənsiz çıxsa onda atasının yanına dönsün, evə buraxan deyiləm. Nəyi almaq istəyirsə yazsın maşınla gedib alaram. O evdə oturub uşaqları böyütməli və iş görməlidir”.

BMT-nin  “Gürcüstanda gender bərabərliyinə dəstək olmaq uğrunda” birgə proqramı çərçivəsində 2013-cü ildə keçirilmiş tədqiqata görə Gürcüstanda gender rolları haqqında ənənəvi baxışlar hələ ki möhkəmdir: qadının funksiyası övladlarını böyütmək, onlara baxmaq və ev işlərini yerinə yetirməkdir. Tədqiqat göstərdi ki sorğu olunanların çoxu (63%) düşünür ki yaxşı arvad,  hətta razılaşmasa da belə, yenə ərinə tabe olmalıdır. Zorakılıqdan müdafiənin milli şəbəkəsinin Kaxeti regional komitəsinin nümayəndəsi, gender məsələləri üzrə ekspertin, Cilda Nibladzenin dediyiniə görə problem elə qadınların özüdədir, çünki ərlərinə sözsüz tabe olmalarını düşünürlər:

Bir çox qadın düşünür ki evdə oturub uşaqları böyütməyə, evi səhmana salmağa, ərinə yemək hazırlamağa borcludur. Qadın haqları həm kəndlərdə, həm də şəhərlərdə pozulur. Etnik azlıqlarda bu cür hallar daha çoxdur. Onların əksəriyyəti belə faktları gizləyir. Yayqın fikrə görə qadın kişinin quludur və ərinin dediyini etməlidir. Gender balansın pozulmaması üçün həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən bunun qarşısını alacaq daha çox tədbirlər həyata keçməlidir – deyir Zorakılıqdan Müdafiənin Milli Şəbəkəsinin Kaxeti Regional Komitəsinin əməkdaşı Cilda Nibladze.

Gürcüstanın Gənc Vəkillər Assosiyasının layihələr koordinatoru İrma Pavliaşvilinin təbirincə seçkilərdə qadınların iştirakının göstəricilərini dəyişmək üçün cəmiyyətin təfəkkürü yüksəlməlidir.

“2014-cü ilin seçkilərində sonra MSK 2014-cü ilin 15 iyun seçkilərinə getmiş seçicilərin gender tərkibini açıqlamışdır. Bu bizə seçki mahalları üzrə gender tərkibin real şəklini göstərdi.

   Bu cür aşağı iştiraka səbəb bir neçə amil  ola bilər ki bunlar seçicinin ovqatına təsir göstərirlər. Belə halda cəmiyyətin təfəkkürünü yüksəltməli və dövlət və QHT-lər tərəfindən  müvafiq tədbirlər planlaşdırılmalıdır”  deyir İrma Pavliaşvili.